Logo

Amerikalı İT nəhəngi süni intellektlə çəkilmiş rəsm əsərlərini satmağa başladı

06.12.2022 21:01 295 baxış
IMG

Əsasən Photoshop və Premiere foto və video redaktorlarının inkişafı ilə tanınan Adobe, istifadəçilərə neyron şəbəkələrdən istifadə edərək yaradılmış şəkilləri ödənişli Adobe Stock foto bankına əlavə etməyə icazə verib.

Tehsil.biz xəbər verir ki, bu barədə 9To5Mac nəşri məlumat yayıb. Şirkət elandan qısa müddət əvvəl Dall-E və Stable Diffusion kimi alqoritmlər tərəfindən yaradılan şəkilləri qəbul etməyə başladığını söyləyib.

Bir çoxları bu cür neyron şəbəkələri sənətçiləri gəlirsiz qoyduqları üçün tənqid etsə də, Adobe fərqli mövqe tutur. Photoshop tərtibatçıları neyron şəbəkələrin yaradıcı insanlar üçün rəqib deyil, onların köməkçiləri olduğuna inanırlar.

Şirkətin elanında deyilir ki, yaradılan şəkilləri Adobe Stock-da yerləşdirən müəlliflər istifadə olunan neyron şəbəkələrin adlarını göstərməlidirlər. Bundan başqa, müəyyən şəxslərin, eləcə də kiminsə əmlakının təsvir olunduğu əsərlərin yüklənməsi qadağandır. Rəssamların üslublarını onların təsdiqi olmadan təqlid edən şəkillər də moderatordan keçirilməyəcək.

Adobe Stock, abunə yolu ilə əldə edilə bilən fotoşəkillərin və rəsmlərin onlayn anbarıdır. Ən aşağı tarif ayda $29,99 (6 dekabr 2022-ci il tarixinə olan məzənnə ilə təxminən 4000 rubl) təşkil edir.

Xəbər lenti