Logo

Direktor cəzasına çatdı...

06.12.2022 20:20 604 baxış
IMG

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin direktorunun paytaxtda yaşayan 40 nəfər şagirdin adlarını kontingentdə saxladığının LARTİ tərəfindən müəyyən edildiyini və bu adamın inzibati tənbehin hansı növü ilə cəzalancağı barədə məlumat verəcəyimi bildirmişdim.

Məktəb direktoru izibati təqibin nəticəsini gözləmədən işdən çıxmaq haqqında ərizəni LARTİ vasitəsi ilə ETN-ə təqdim etmiş və qısa müddətdə nazir onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir...

Saxta evdə təhsil siniflərindən sonra saxta şagird adlarına qarşı bu qətiyyətli mübarizəyə görə LARTİ-nin tərzi-təfəkkürünü alqışlayırıq. Bu kimi hallara aid məndə bir-neçə məktəb barədə konkret faktlar var. Əgər həmin şagirdlərin adları ikinci yarımildə həmin məktəblərdə jurnalda getməkdə davam etsə əlimdə olan məlumatları LARTİ-nin rəsmi səhifəsinin inboksuna göndərəcəyəm. Digər şəxslərdə də bu kimi məlumatlar varsa mənim inboksuma yönəltsinlər və onların anonimliyini qorumaq şərti ilə təhsil idarəetmə orqanlarına ötürməyə və nəticəsini izləməyə hazır olduğumu bildirirəm.

Hamınızı məktəblərimizi hər cür saxtakarlıq və çirkabdan təmizləmək uğrunda mübarizədə dövlət orqanlarını dəstəkləməyə çağırıram. 

Yaşasın Respublika!

Rabil Abdino

Xəbər lenti