Logo

DSX-nin Akademiyası niyə yanırdı? - SƏBƏB

06.12.2022 19:44 489 baxış
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. 

Bu barədə "Tehsil.biz"ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

Həmçinin oxuyun: FHN-dən DSX Akademiyasının binasındakı yanğınla bağlı MƏLUMAT

Həmçinin oxuyun: TƏBİB: "DSX-nin Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib"

Xəbər lenti