Logo

BDU-da təlim: “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar”

06.12.2022 19:00 317 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda təlim keçirilib.  

Tehsil.biz xəbər verir ki, təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, şöbənin böyük məsləhətçisi Məhəmməd Novruzzadə, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya fakültələrinin IV kurs tələbələri, magistrantlar iştirak ediblər.  

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. ƏƏSMN-in şöbə müdirinin müavini Rauf Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər, layihələr barədə təlim iştirakçılarına məlumat verib.  

Təlim tələbə və magistrantların mövzu ətrafında sualları ilə davam edib.

Xəbər lenti