Logo

FHN-dən DSX Akademiyasının binasındakı yanğınla bağlı MƏLUMAT

06.12.2022 17:43 304 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Sərhəd Xidmətinin Akademiyasının binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək", - qurumun məlumatında qeyd olunub.

Xəbər lenti