Logo

BMU-da İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri ilə görüş olub

06.12.2022 13:48 295 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Koreyanın İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan və Koreya arasında dostluq münasibətlərinin iki ölkə Prezidentlərinin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Havar Məmmədov bu əməkdaşlığın möhkəmləndirilməsində təhsil sahəsinin xüsusi yerinin olduğunu bildirib.

Əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan rektor Elm və Təhsil Nazirliyi və BMU nümayəndələrinin Koreyaya ötən həftə baş tutan səfərindən söz açıb. Havar Məmmədov səfər çərçivəsində BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) Rəhbər Komitəsinin növbəti iclası, həmçinin proqrama dair aparılan müzakirələrə diqqət çəkərək, bu təmasların əməkdaşlığın növbəti mərhələsinin inkişafı üçün faydalı olduğunu qeyd edib.

Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirən Layihə Qrupunun dekanı, professor Seungvoo Han da ikitərəfli münasibətlərin xüsusən təhsil sahəsində inkişafının ürəkaçan olduğunu və bu münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

İNHA Universitetinin Elektrik mühəndisliyi fakültəsinin professoru Paik Kyun Shin də BMU ilə əməkdaşlığın və təhsil sahəsində qurulan əlaqələrin məmnunluq doğurdugunu ifadə edib. Rektoru BMU-İNHA İDP-nin icra vəziyyəti ilə bağlı 5-7 dekabr tarixlərini əhatə edəcək monitorinq üzrə aparılan işlərlə qısaca tanış edən və ilkin təəssüratlarının xoş olduğunu bildirən qonaq həyata keçirilən bu tədbirlərin proqram üzrə təhsilin keyfiyyətinin daha da yüksəldiməsi baxımından faydalı olacağını vurğulayıb.

Tədbir qarşılıqlı maraq doğuran məsələlər istiqamətində müzakirələrlə davam edib.

Xəbər lenti