Logo

AƏSMA İzmir şəhərində keçirilən simpoziumda iştirak edib - FOTO

06.12.2022 13:17 264 baxış
IMG

2-3 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaranmasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Türk Dünyası Sosial Elmlər Simpoziumu keçirilib.

Tehsil.biz xəbər verir ki, simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) tərəfdaş kimi iştirak edib.

Simpoziumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin kafedra müdiri prof. Qənimət Səfərov “Azərbaycan Türkiyə əlaqələrində neft amili” və “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Lalə Cabbarlı “Sosial sahibkarlıq, insan kapitalı və inklüzivlik: ölkələrarası müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış ediblər. Həmçinin HİK və sosial fənlər kafedrasının əməkdaşları Kənan Abbasov və Günay Ağayeva simpoziuma onlayn platforma üzərindən qoşularaq məruzələrini təqdim ediblər.  

Ege Universiteti və Türk Dünyası Araşdırmaları İnstitutu ilə Akademiya arasında qarşılıqlı səmərəli fəaliyyətin davam etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Xəbər lenti