Logo

Voleybol turnirinin qalibləri mükafatlandırılıb - FOTOLAR

06.12.2022 12:30 337 baxış
IMG

Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri arasında keçirilən və 8 noyabr – Zəfər Gününə həsr edilən voleybol turnirinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə AVF-nin baş katibi Fərid Xəlilov, ADBTİA-nın İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Elmi katib Bəxtiyar Rüstəmov və İdman Oyun Növləri kafedrasının müəllimləri iştirak ediblər.

Yarışın nəticəsinə əsasən 1-2-ci yerləri tutmuş oğlan və qızlardan ibarət komandalar AVF tərəfindən pul mükafatı, ADBTİA tərəfindən diplomla təltif ediliblər.

Xəbər lenti