Logo

İngilis dili, Azərbaycan dili və informatika fənləri üzrə hazırlıq kurslarının məşğələləri keçirilib

06.12.2022 11:27 192 baxış
IMG

Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, Azərbaycan dili fənni üzrə buraxılış və qəbul imtahanlarında, informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının məşğələləri keçirilib

Tehsil.biz xəbər verir ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə isə Anar Rəşidov və Nigar Əhmədli milli və beynəlxalq qiymətləndirmə və imtahanlarda istifadə edilən tapşırıq tipləri barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının üçüncü məşğələsi növbəti həftə keçiriləcək.

Xəbər lenti