Logo

Məktəblilər üçün "Ailə dəyərləri və ənənələr" mövzusunda tədbirlər keçirilir - FOTO

06.12.2022 10:36 283 baxış
IMG

Məktəblilər üçün təşkil olunan "Ailə dəyərləri və ənənələr" mövzusunda silsilə tədbirlər davam edir. 

Tehsil.biz xəbər verir ki, Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Ailə dəyərləri və ənənələr" mövzusuna həsr olunmuş tədbir keçirilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularının yer aldığı təqdimatla çıxış edib. 

Şagirdlərlə bu mövzulara uyğun tapşırıqlar əsasında müzakirə aparılıb, valideynlərin sualları cavablandırılıb.

Xəbər lenti