Logo

Ekspert: "Universitetlərin verdiyi təhsilə artıq əmək bazarında ehtiyac yoxdur"

06.12.2022 10:07 1072 baxış
IMG

"50 il əvvəl məktəb məzunlarının 15-20 %-i, 1980-ci illərin sonlarında 25- 30 %-i universitetlərə üz tuturdusa, bu gün onların sayı 50-70 % və daha artıq təşkil edir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, nümunə üçün bu statistikanın Finlandiyada 94 %, Cənubi Koreyada 96 %, ABŞ-də 82 %, Böyük Britaniyada təxminən 60 % təşkil etdiyini bildirib:

"Pandemiyadan sonra ənənəvi ali təhsil formal universitet təlimi olmaqdan uzaqlaşır. Vacib təhsil ehtiyacları indi qeyri-formal təhsillə kompensasiya olunur. Universitetlərin verdiyi təhsilə artıq əmək bazarında ehtiyac yoxdur. Əmək bazarının tələblərinə uyğun gəlmək üçün qısa müddətli kurslar, təlimlər daha effektivdir".

Kamran Əsədovun fikirlərinə görə, yaxın 5 ildə gördüyümüz auditoriyalarda dərslər yalnız zəif təhsili olan ölkələrdə qalacaq.

"Artıq yeni təhsilalma və təhsilvermə çox uğurlu təcrübədən keçirildi. Az xərcli, mobil, çevik təhsil dövrü başlayıb", - deyə təhsil eksperti qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti