Logo

Xarici dil imtahanı verən iddiaçılar buraxılış vərəqəsini çap edə bilərlər

05.12.2022 21:14 261 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı dekabrın 11-də keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, iddiaçılar (o cümlədən dekabrın 13-də Azərbaycan dili imtahanı verəcək əcnəbilər) “İmtahana buraxılış vərəqəsi”ni Mərkəzin saytındakı linkdən çap edə bilərlər.

İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti