Logo

Gəncədə məktəb direktorları və tədris işləri üzrə direktor müavinləri ilə görüş - FOTO

05.12.2022 20:28 338 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva Samux rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.

Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.

Xəbər lenti