Logo

BDU könüllülərinin qərargahının açılışı olub - FOTO

05.12.2022 19:23 271 baxış
IMG

Bakı Dövlət Universitetində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə BDU könüllülərinin qərargahının açılışı olub.  

Tehsil.biz xəbər verir ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev BDU könüllülərinin son illər Universitetin ictimai həyatında böyük rol oynadıqlarını qeyd edib. Ölkəmizdə könüllülülk hərəkatının geniş vüsət aldığını bildirən rektor BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb. Qeyd edib ki, BDU könüllülərinin bir hissəsi Universitetin inzibati şöbələrinə təhkim olunub və təcrübə əldə ediblər. Onlardan bəziləri artıq Universitetdə işlə təmin olunub. Bu, digər könüllülər üçün də stimuldur.

Qeyd edək ki, "BDU könüllüləri" qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 1000-dən artıq üzvü var.

Xəbər lenti