Logo

Cəlilabadda məktəb yolu yararsız haldadır

05.12.2022 18:54 344 baxış
IMG

Cəlilabadda məktəbə gedən yol istifadəyə yararsız haldadır.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, sakinlərin sözlərinə görə, yoldan keçmək mümkünsüz olub. Buna görə də şagirdlərin məktəbə gediş-gəlişi problemə çevrilib. Qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir.

"Ona görə də uşaqları məktəbə məcbur olub, maşınla aparırıq. Bu məktəb yenicə inşa edilərək istifadəyə verilib. Amma bu cür məktəbin yolu yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, hələ ki müsbət cavab verilməyib", - deyə sakin qeyd edib.

Yolda təmir işləri aparılmayacağı təqdirdə valideynlər övladlarını məktəbdən çıxarmaq məcburiyyətində qalacaqlarını bildiriblər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi nümayəndəliyi tərəfindən qeyd olunub ki, problem tez bir zamanda tam aradan qaldırılacaq və məsələ həllini tapacaq.

Xəbər lenti