Logo

Şəmkirdə Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

05.12.2022 17:40 290 baxış
IMG

Şəmkir rayonunda 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH-də fəaliyyət göstərən könüllülərlə görüşüb.

5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə icra başçısı könüllüləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Rəşad Tağıyev bildirib ki, bu gün ölkəmizdə gənclərə xüsusi diqqət göstərilir. Onların inkişafı üçün bütün imkanlar yaradılır: “Biz də hər zaman sizlərə dəstək olacaq və bütün sahələrdə Şəmkir gənclərinin, xüsusilə də könüllülərin fəaliyyətindən maksimum yararlanmağa çalışacağıq”.

Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verən icra başçısı gənc könüllülərin rayonun ictimai həyatında, RİH-in fəaliyyətində mühüm rol oynadıqlarını bildirib: “Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Bu gün Şəmkir rayonunun da ictimai həyatında, rayonumuzun müxtəlif sahələrdə qazandığı uğurlarda şübhəsiz ki, könüllü gənclərin də payı var”.

Görüşün sonunda xatirə fotosu çəkildi, könüllülərə sertifikatlar verildi.

Daha sonra 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Şəmkir RİH başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov və rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə Şəmkir Gənclər Evində könüllülərlə görüş keçirilib.

Xəbər lenti