Logo

Sumqayıtda rəfiqəsini bıçaqlayan məktəbli qıza HÖKM OXUNDU

05.12.2022 17:18 193 baxış
IMG

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aygün Quliyevanın (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Tehsil.biz"in Pravda.az-a istinadən məlumatına görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Aygün Quliyeva şəhər ərazisində yerləşən orta məktəblərdən birinin 8-ci sinif şagirdidir. O, əvvəllər rəfiqəsi olmuş, 2007-ci il təvəllüdlü zərərçəkmiş Aminə Səmədovanın (ad-soyad şərti) onun arxasınca nalayiq ifadələr işlətdiyini eşidib və əxlaqsız hərəkətlər etdiyini görüb. Buna görə Aygün rəfiqəsini günahlandırıb və onu qorxutmaq üçün tanışından cib bıçağını götürərək üzərində saxlayıb.

Hadisə günü o, Aminənin yaşadığı ünvana gəlib, rəfiqəsi ilə söhbət etmək istədiyini bildirərək məktəblini binanın həyətinə dəvət edib. Aminə aşağı düşdükdə binanın qarşısında ona arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşub. Aygün rəfiqəsinin ona kobud cavab verdiyinə görə aralarında mübahisə yaranıb. Bu zaman Aygün özü ilə gətirdiyi cib bıçağı ilə ona üç dəfə zərbə vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Aygün Quliyeva saxlanılıb və istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti