Logo

Valideynlərin NƏZƏRİNƏ: məktəbəhazırlıq qruplarına uşaq qəbulu zamanı bu sənədlər lazımdır

04.12.2022 15:57 488 baxış
IMG

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün bir neçə sənədlərin təqdim edilməsi tələb olunur.

Tehsil.biz xəbər verir ki, valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qrupuna qəbul üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

- Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

- Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

- Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

- Valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

Xəbər lenti