Logo

Azərbaycanlı gənc Böyük Britaniya universitetini birinci sırada bitirib - FOTO

04.12.2022 00:40 1591 baxış
IMG

Azərbaycanlı gənc tədqiqatçı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini fərqlənmə ilə birinci sırada tamamlayıb.

Tehsil.biz xəbər verir ki, o, ali təhsil aldığı müddətdə universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülüb, habelə müəllifi olduğu kurs işləri və dissertasiya nümunəvi əsər kimi sonrakı illərdə təhsil alacaq tələbələrə təqdim olunmaq üçün universitet kitabxanasında saxlanılıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Univetsitetində (UNEC) tədqiqatçı kimi fəaliyyət göstərən Nicat Muradzadə bundan öncə Türkiyə Respublikasının nüfuzlu İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlayıb.

Nicat Muradzadə bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyyənin və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) başda olmaqla, dövri yerli və xarici mətbuatda, Azərbaycan və ingilis dillərində dərc olunub çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir.

Xəbər lenti