Logo

"Müəllim oturub dərs keçməməlidir" - Qoşqar Məhərrəmov

03.12.2022 19:16 2561 baxış
IMG

"Müəllim oturub dərs keçməməlidir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

O bildirib ki, sinfi idarə etmək oturaraq mümkün deyil:

"Müəllim ayaqüstə olmalı, partaların arasında gəzməlidir. Müəllim bütün uşaqlara eyni qədər yaxnılaşa bilməli, onlarla göz kontaktı qurmalıdır. Heç kim özünü izolyasıya, sinifdən çıxdaş olunmuş hiss etməməlidir ki, orada hansısa bir mənfi davranış göstərsin. Mənfi davranış göstərdikdə isə artıq qaydalar var. Birinci şagirdə baxmalı, ona yaxınlaşmalı, adını çəkməli, onun mövzu ilə bağlı fikirlərini soruşmalıdır. Əgər işə yaramırsa, həmin şagirdin adını lövhəyə yazmalı, sonra isə şagirdi müəllim stulunda əyləşdirməlidir. Əgər bu da işə yaramırsa, artıq uşağın barəsində izahat yazılmalıdır"

Xəbər lenti