Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

16.02.2021 13:54 552 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.

 

DİM-dən Tehsil.biz -ə bildirilib ki, A növünə (inzibati rəhbər) aid imtahan kompüter, B növünə (inzibati icraçı) aid imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu gün saat 11:00-a olan məlumata görə, 93 nəfər (AA – 3, AB – 41, AC – 49) qeydiyyatdan keçib.

 

B növünə aid imtahanda iştirak etmək üçün 2000 yer ayrılıb. Qeydiyyat başa çatıb. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra həmin səhifədən yükləmək mümkündür.

 

Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xəbər lenti