Logo

Ekspert: "Universitetlərin maddi-texniki bazasını inkişaf etdirmək lazımdır"

03.12.2022 17:39 602 baxış
IMG

"Azərbaycan universitetlərində təşəbbüskarlıq mühitinin formalaşmasına və aparılan təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bu məcrada aparılacaq işlər, ilk növbədə universitetlərin maddi-texniki bazasını inkişaf etdirmək və tələbələrin öyrəndikləri nəzəri bilikləri praktik biliklərə çevirməsinə imkanı yaratmaq olmalıdır.

"Universitetlərdə aparılan fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların sayının çoxaldılması və elmi nəşrlərə olan istinadların
sayı da təşəbbüskar ali təhsil müəssisələrini digər
universitetlərdən fərqləndirən cəhətlərdəndir", - təhsil eksperti qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti