Bir müddət əvvəl valideynlərdən pul tələb etdiyi üçün vəzifəsindən kənarlaşdırılan məktəb direktoru yenidən vəzifəsinin başına qayıdıb.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Sumqayıt şəhərində yerləşən 6 saylı məktəbin direktoru İradə Məmmədova valideynlərdən pul tələb etdiyi üçün vəzifəsini itirsə də, bir ildən sonra yenidən öz işinin başına dönüb.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğumuza hələlik cavab verilməsə də, Tehsil.biz olaraq məsələni diqqətdə saxlayacağıq.