Logo

Abituriyentlərin və şagirdlərin zəif cavablandırdıqları tapşırıqlar hansıdır?

03.12.2022 12:25 479 baxış
IMG

Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, coğrafiya fənni üzrə iclasda 2022-сi ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub. Riyaziyyat fənni üzrə iclasda isə gündəlik məsələ tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.

Müzakirələr zamanı hər iki fəndən 12 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb.

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumlarının təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramlarına uyğunluğu bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Təhlil nəticəsində abituriyentlərin və şagirdlərin zəif cavablandırdıqları tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti