Logo

DTX-nin həbs etdiyi vəzifəli şəxsi kim əvəz edəcək? - Müvəqqəti TƏYİNAT

03.12.2022 11:39 354 baxış
IMG

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub. 

“Tehsil.biz"in məlumatına görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib.

Məlumat nazirliyin mətbuat xidmətindən saytımıza təsdiqlənib.

Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.

Xəbər lenti