Logo

Tələbələr arasında baş verən dava ilə bağlı beş nəfər həbs olunub

02.12.2022 19:36 667 baxış
IMG

Noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Tehsil.biz"ə verilən məlumata görə, ictimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Həmçinin oxuyun: Universitetlərdən baş verən insidentlə bağlı AÇIQLAMA

Xəbər lenti