Logo

Astara rayonunda vətəndaş qəbulu keçirilib

02.12.2022 17:08 608 baxış
IMG

Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon sakinlərini qəbul edib. 

Tehsil.biz xəbər verir ki, qəbulda vətəndaşlar işlə təmin olunma, şagird yerdəyişməsi, direktor müavinlərinin işə qəbulu, təhsilverən və rəhbər münasibəti, dərs yükü və digər mövzularla bağlı müraciət ediblər. 

Vətəndaşların müraciət, şikayət və təklifləri qeydiyyata alınıb. Onların bir qismi yerində həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Qəbulun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, vətəndaş qəbulunda sağlam və şəffaf mühit formalaşdırmaqdır.

Xəbər lenti