Logo

“Azərbaycan-Polşa nağılları” kitabı Polşadakı mədəniyyət və təhsil ocaqlarına hədiyyə olunub - FOTO

02.12.2022 15:20 326 baxış
IMG

Polşada fəaliyyət göstərən Azərbaycan diasporu adından “Azərbaycan-Polşa nağılları” kitabı bu ölkənin kitabxanalarına, məktəblərinə, uşaq bağçalarına və uşaq evlərinə hədiyyə edilib.

"Tehsil.biz"in məlumatına görə, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bildirib ki, kitab iki ölkə arasında dostluq əlaqələrinin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyi münasibətilə “Polşa ilə Azərbaycan arasında mədəni körpü” layihəsi çərçivəsində çap edilib.

“Apostrof-A” nəşriyyatında çap olunan kitabda 30 nağıl toplanıb. 15 Azərbaycan nağılı polyak dilinə, 15 polyak nağılı isə Azərbaycan dilinə tərcümə edilib. Kitabın tərcüməçisi Vrotslav Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru İlahə Kərimovadır.

Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihənin Azərbaycanda tərəfdaşı “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyidir.

Qeyd edək ki, Zəfər Günü ərəfəsində “Azərbaycan-Polşa nağılları” kitabının Varşavada təqdimatı keçirilib.

Xəbər lenti