Logo

Şamaxıda müəllim 7-ci sinif şagirdinə niyə xəsarət yetirib? - AÇIQLAMA

02.12.2022 15:06 585 baxış
IMG

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi məsələsinə münasibət bildirib.

Qurumdan "Tehsil.biz"ə bildirilib ki, məktəbdə baş verən xoşagəlməz hadisə ilə bağlı idarəyə məlumat daxil olub:

"Hadisədən xəbərimiz var, bu məsələ hal-hazırda araşdırılır. Müəllim və ya şagirdin hansının bu işdə günahının olub-olmaması məsələsi aparılan araşdırmalardan sonra məlum olacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Şamaxı şəhəri 3 saylı tam orta məktəbin 7-ci sinif şagirdi R.İ.-nin həmin məktəbin tarix müəllimi Təranə Əsgərova tərəfindən döyüldüyü iddia edilib.

Xəbər lenti