Logo

Gədəbəy rayonu üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib

02.12.2022 14:49 513 baxış
IMG

Dekabrın 1-də Gədəbəy rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə IX sinif şagirdləri arasında buraxılış imtahanına hazırlıq məqsədi ilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Tehsil.biz xəbər verir ki, monitorinq Gədəbəy şəhər İ.Əliyev adına 1 saylı tam orta məktəb, Slavyanka kənd X.İsmayılov adına 2 saylı tam orta məktəb, Kiçik Qaramurad kənd N.Gəncəvi adına tam orta məktəb və Novo Saratovka kənd tam orta məktəbi olmaqla ümumilikdə 4 mərkəzdə keçirilib.

İmtahanda Gədəbəy rayon ümumi təhsil müəssisələrindən 650 nəfər şagird iştirak edib.

Şagirdlərin nəticələri yoxlanıldıqdan sonra onlara bildiriləcək və müzakirələr aparılacaq.

Xəbər lenti