Logo

AƏSMA DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq edəcək

02.12.2022 14:18 461 baxış
IMG

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas əhali qrupuna aid şəxslərə xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün sosial sahədə işgüzar əməkdaşlıq əlaqələrini genişləndirir. 

Tehsil.biz xəbər verir ki, məqsəd xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqların, qazilərin və şəhid ailələri üzvlərinin, sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığına əlçatanlığını təmin etmək, onlara bu işdə bərabər imkanlar yaratmaqdır.

Bunu nəzərə alaraq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair razılaşma əldə olunub. Əməkdaşlıq haqqında anlaşma memorandumunu Mərkəzin direktoru Pərvinə İsmayılova və Akademiyanın rektoru Hüseyn Qaraşov imzalayıblar.

Sənəddə qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda müştərək proqramların təşkili və birgə fəaliyyət məsələləri, innovativ təşəbbüslərin yerinə yetirilməsi əksini tapır. Mərkəzdə təlim alan şəxslərə biznesin təşkili, menecment, mühasibatlıq, bank işi, maliyyə, və digər tələblərə uyğun fənnlər üzrə tədris həyata keçiriləcək. Bununla da onlara iş imkanlarını genişləndirmək və əmək bazarında yer tutmalarına dəstək göstəriləcək.

Memoranduma əsasən konfrans, seminar və digər bu kimi tədbirlərdə qarşılıqlı şəkildə nümayəndələrin iştirakı və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə təcrübə mübadiləsinin həyata keçirilməsi təmin olunacaq.

Xəbər lenti