Logo

ADU-da tələbələr üçün “PsixoTədqiqat” layihəsi keçirilib

02.12.2022 12:51 260 baxış
IMG

“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi Azərbaycan Dillər Universitetinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirib.

Tehsil.biz xəbər verir ki, Psixologiya kafedrasının müdiri, dosent Şəlalə Babayeva tədbirin mahiyyəti və mövzunun aktuallığı barədə danışıb.

İctimai Birliyin sədri Kamil Həmidov PİMDİB-in fəaliyyəti, gənclər üçün yaratdıqları imkanlar, eləcə də təlimin məqsəd və vəzifələri haqqında məlumat verib.

Psixologiya kafedrasının müəllimi, ADU psixoloji xidmət mərkəzinin rəhbəri, təlimçi psixoloq Ceyhunə Dəmirova isə interaktiv qaydada qeyri-formal təhsil yanaşmasından istifadə edərək mövzunu tələbələrə çatdırıb.

İştirakçılar mini qruplara bölünərək psixoloji tədqiqat prosesinin simulyativ modelini yaratmaqla təcrübə qazanıblar.

Onlar universitet tələbələrinin iştirakçılığı ilə yaradılacaq “Psixoloji İnkişaf Klubu”nda təlimin nəticələrinin davamlılığı üçün fəaliyyət göstərməyə qərar veriblər.

İştirakçı tələbələrə sertifikat  təqdim edilib.

Sonda İctimai Birlik layihə üzrə tədbirlərin keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, rektor akademik Kamal Abdullaya və informasiya dəstəkçisi Media Group Azerbaijan şirkətinə və fəal iştirak etdikləri üçün tələbələrə təşəkkür edib.

Xəbər lenti