Logo

Azərbaycanda müəllim şagirdə xəsarət yetirib, araşdırma aparılır

02.12.2022 12:32 869 baxış
IMG

Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.

"Tehsil.biz"in məlumatına görə, iddialarla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Belə ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər lenti