Logo

Universitetlərdən baş verən insidentlə bağlı AÇIQLAMA

02.12.2022 11:38 713 baxış
IMG

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə Gəncə Dövlət Universitetinin (GDU) tələbələri arasında yaranan mübahisə davaya çevrilib.

Tehsil.biz xəbər verir ki, insident noyabr ayının 18-də tələbələr arasında keçirilmiş futzal oyunu zamanı baş verib.

Hadisə ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən saytımıza bildirilib ki, baş vermiş olaydan sonra tələbələrlə söhbət aparılıb: "Futzal yarışını izləyənlər arasında sıxlıq yaranıb, daha sonra isə mübahisə düşüb. Mübahisə nəticəsində universitetimizin tələbələri arasında xəsarət alan olmayıb. Daxili İşlər Nazirliyi də araşdırma zamanı hər iki universitetin tələbələri arasında xəsarət alanın olmamasını təsdiqləyib. Məsələ ilə bağlı tələbələrimizlə söhbət apardıq. Araşdırma gedir, nəticədən asılı olaraq daha ətraflı məlumat veriləcək”.

Aqrar Universitetindən isə "Tehsil.biz"ə bildirildi ki, hadisə futzal oyunu zamanı bir tələbənin digərini itələməsindən sonra baş verib: "Gəncə Olimpiya Kompleksində keçirilən futzal yarışında ADAU ilə GDU tələbələri arasında yaranan anlaşılmazlıq kütləvi dava deyil. Sadəcə olaraq iki tələbə arasında olan anlaşılmazlıq kənardan dava kimi görsənib. Digər iştirakçılar da onların mübahisə etdiyini zənn edərək ayırmağa çalışıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır".

Fəqan Əzimli

Həmçinin oxuyun: DİN-dən Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı AÇIQLAMA

Xəbər lenti