Logo

Elm və Təhsil Nazirliyi məlumat yaydı

02.12.2022 11:26 3626 baxış
IMG

Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə keçirilən direktor və direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbul üzrə test imtahanının nəticələri elan edilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, müsahibə mərhələsinin 5-20 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bu mərhələdə namizədləri peşə üzrə nəzəri biliklər, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.

Xəbər lenti