Logo

BMU-da “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş olub

02.12.2022 10:52 213 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin 2-ci “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində tələbələrlə görüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov “Gələcək üçün bacarıqlar” layihəsinin önəmini vurğulayıb. Layihəyə uyğun olaraq indiyə qədər gerçəkləşdirilən proqramlarda BMU-nun aktiv iştirakını önə çəkən və bununla bağlı statistik məlumatları nəzərə çatdıran şöbə müdiri, həmçinin proqramlarla bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra “İnnovasiyalar Mərkəzi”nin baş layihə meneceri Zinəddin Babayev “Gələcək üçün bacarıqlar” layihəsinin əsas məqsədlərini vurğulayıb. Layihə çərçivəsində hazırda icra olunan inkubasiya proqramı haqqında ətraflı məlumat verən, tələbələri bu proqramda fəal iştiraka dəvət edən Z.Babayev çıxışında bir sıra beynəlxalq startap layihələrindən də söz açıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Xəbər lenti