Logo

"Tarix yazan müəllimlər" 1-ci hissə layihəsinə start verilib

02.12.2022 10:17 422 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə "Tarix yazan müəllimlər" layihəsinə start verilib.

Tehsil.biz xəbər verir ki, layihənin keçirilməsinin əsas məqsədi Vətən Müharibəsində şanlı zəfərimizin qazanılmasında iştirak edən gənc qazi müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdan ibarətdir.

Layihə çərçivəsində Vətən Müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və onların keçdikləri döyüş yolu videoçarxlar vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası "Tarix yazan müəllimlər" layihəsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının qismən maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqədə qalib gəlib.

Çəkilişlər ilkin olaraq Bakı şəhərində fəaliyyət göstərən gənc müəllimlərlə olacaq.

Xəbər lenti