Logo

DİM mütəxəssisləri əməkdaşlığa dəvət edir

02.12.2022 09:53 250 baxış
IMG

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üçün xarici dil və Azərbaycan dili (dövlət dili kimi) üzrə mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, maraqlanan şəxslər xarici dil üzrə fənn kurikulumunu bilməli, orta məktəb dərs vəsaitləri ilə dərindən tanış olmalı və dil biliyinin qiymətləndirilməsində istifadə olunan dillər üzrə Ümumavropa çərçivə sənədindən (CEFR) xəbərdar olmalıdırlar.

Dil bacarığını göstərən beynəlxalq sertifikatın (IELTS, TOEFL, APTIS, Cambridge English Qualifications, Delf, Dalf, TesDaf, Telc Deutsch, Goethe-Institut, ТРКИ) olması arzuolunandır. Müraciət etmək istəyən mütəxəssislərin “CV” və müvafiq xarici dil üzrə sertifikatı göstərilən elektron ünvana göndərmələri xahiş olunur: [email protected].

Xəbər lenti