Logo

Emin Əmrullayev "Neftçi"nin Müşahidə Şurasına yeni üzv seçilib

02.12.2022 00:13 456 baxış
IMG

“Neftçi”nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.

"Tehsil.biz"in məlumatına görə, əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

Mərcanə Əsədova

Xəbər lenti