Logo

14 yaşlı yeniyetmə dərsdən sonra yoxa çıxıb

01.12.2022 22:46 379 baxış
IMG

Novosibirskdə fövqəladə hallar xidmətləri və könüllülər on gündən artıqdır ki, 14 yaşlı Pavel Baklanovu axtarırlar.

Tehsil.biz "gazeta ru"ya istinadən xəbər verir ki, onun itkisi barədə məlumatı "VKontakte" də "LizaAlert Novosibirsk" axtarış-xilasetmə qrupu dərc edib .

Oğlan noyabrın 21-də məktəbə gedib və dərsdən sonra evə qayıtmayıb. Onun yeri məlum deyil.

Axtarış-xilasetmə qrupundan olan könüllü bildirib ki, oğlan əvvəllər yoxa çıxıb, ancaq bir neçə gündür və həmişə öz evinə qayıdırmış.

"İndi onun yaşayış yerinin yaxınlığında göründüyünə dair sübutlar var, lakin heç kimin yeniyetmə ilə birbaşa əlaqəsi olmayıb" deyib LizaAlert Novosibirsk.

Xəbər lenti