Logo

Nardaran məktəbliləri Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə tanış olub

01.12.2022 22:24 139 baxış
IMG

Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbin 40 nəfər şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) ekskursiya edib.

Tehsil.biz xəbər verir ki, şagirdlərin universitet rəhbərliyi ilə görüşü Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) “Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi üzrə həyata keçirilib.

Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, GRQM İB-nin sədri Məleykə Əlizadə, gender və siyasi məsələlər üzrə ekspert Vüsalə Hüseynli, 130 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova, Uşaq Birliyinin sədri Təhminə Novruzova, müəllimlər və valideynlər iştirak ediblər.

Şagirdlər universitetin Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, müasir Kitabxana-İnformasiya Mərkəzi və tədris auditoriyaları ilə tanış olublar.

Qeyd edək ki, adıçəkilən layihə çərçivəsində Bakıətrafı məktəblərin şagirdlərinin ADPU-ya silsilə səfərləri təşkil olunur. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar yeni nəslin yetişdirilməsinə töhfə verməkdir.

Xəbər lenti