Logo

ASAPES-də əcnəbi mütəxəssislərin dərsləri keçirilir - FOTO

01.12.2022 19:58 262 baxış
IMG

Böyük Britaniyanın Koventri Universitetinin “Biznes və hüquq” fakültəsinin “Marketinq və İdarəetmə Məktəbi”nin “İdman və tədbirlərin idarə edilməsi” üzrə dosenti, “İdman menecmenti” və “İdman markentinqi” üzrə bakalavr ixtisaslarının direktoru, fəlsəfə doktoru Tomas Beyson magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisasında tədris prosesi aparmaq üçün noyabrın 30-dan etibarən Bakıdadır.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məlumat verilib.

Dekabrın 3-dək davam edəcək səfər zamanı o, qeyd olunan ixtisasın tələbələrinə “İdman maliyyəsi” fənnini tədris edəcək, həmçinin idman menecmenti sahəsində idarəetmə uçotunun tətbiqi və istifadəsi ilə əlaqədar onlara yeni biliklər öyrədəcək.

Bundan başqa, Tomas Beyson biliklərin mənimsənilməsi və maliyyə bacarıqlarının təkmilləşdirilməsi üçün tələbələrin praktiki çalışamalarına və tapşırıqların həllinə də dəstək verir.

Xəbər lenti