Logo

Müəllimlə 9 yaşlı uşaq dava edib

01.12.2022 19:43 627 baxış
IMG

Krasnoyarsk diyarının məktəbində müəllimlə uşaq arasında dava olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Telegram kanalı məlumat yayıb.

Agentliyin məlumatına görə, polisə təhsil müəssisəsində müəllimlə uşaq arasında baş verən münaqişə barədə 9 yaşlı şagirdin müəllimi və valideynlərindən ifadələr alınıb.

“Hazırda polis əməkdaşları bu münaqişə ilə bağlı araşdırma aparır. Hər ikisi aldıqları xəsarətlər barədə danışdıqları üçün qadın və uşağa məhkəmə-tibbi ekspertizadan keçmək üçün göndəriş verilib”, - nazirliyin məlumatında deyilir.

Uşağın ailəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlərin qeydiyyatında olmadığı qeyd edilir.

Xəbər lenti