Logo

Peyvənd olunanların sayı açıqlanıb

01.12.2022 17:16 83 baxış
IMG

Azərbaycanda son sutkada 406 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 91, ikinci doza vaksinlərin sayı 83 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 191-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 41 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 922 762 olub.

Xəbər lenti