Logo

"Müəllim əvvəlki ilin materialını mənimsədə bilməz, repetitor isə edə bilər"

01.12.2022 16:45 1675 baxış
IMG

“Bu gün ali məktəblərə qəbul imtahanlarında abituriyentin 5, 6 və 7-ci siniflərdə əldə etdiyi biliklər də yoxlanılır. Hər növbəti pilləyə qalxdıqda əvvəlki illərdə əldə edilən biliyin bir hissəsi unudulur. Əgər biz qəbul imtahanlarının modelini dəyişsək, keyfiyyəti də dəyişə bilərik".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, abituriyentlər ona görə repetitora müraciət edir ki, repetitor qısa müddətdə onlara əvvəlki illərin materialını mənimsədə bilir:

"Qəbul imtahanlarında nə qədər ki, əvvəlki illərin bilikləri yoxlanılır, əlbəttə ki, abituriyent bu bilikləri əldə etmək üçün repetitor hazırlığına üz tutacaq. Çünki 11-ci sinfə dərs keçən müəllim 5-ci sinfin materialını təkrarlada bilməz. Məhz buna görə də orta məktəblərdə təmayülləşmə genişlənməlidir. Əgər siniflərdə təmayülləşmə olarsa, bu problem həllini tapmış olar. Məktəblərdə abituriyentin seçdiyi qrup üzrə fənlərə üstünlük verilməsi onları artıq dərs yükündən də xilas edəcək. Məktəblərdə mütəmadi şəkildə monitorinq imtahanları keçirilməlidir. Bu yoxlamalarla şagirdlərin mövzuları mənimsəmə səviyyəsi aşkar edilə bilər".

Mərcanə Əsədova

Həmçinin oxuyun: Repetitor yanına niyə gedirik? - ŞƏRH+FOTO

 

Xəbər lenti