Logo

Gənc müəllimlərlə görüş keçirilib

01.12.2022 16:42 350 baxış
IMG

Noyabrın 30-da Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri 2022-2023-cü tədris ili üzrə Cəlilabad rayonunun ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətə başlamış bir qrup gənc müəllimlərlə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları və Azərbaycan Gənc Müəllimlər Assosasiyasının nümayəndələri iştirak edib.

Görüş zamanı gənc müəllimlərin məktəbə adaptasiyası, şagirdlərlə işin təşkili, və.s mövzularda söhbətlər aparılıb, müəllimlərin problemləri və qayğıları ilə maraqlanılıb.

Xəbər lenti