Logo

Tarix və biologiya fənləri üzrə işçi qruplarının iclasları keçirilib

01.12.2022 16:32 172 baxış
IMG

Dövlət İmtahan Mərkəzində ddekabrın 1-də tarix və biologiya fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki iclasda gündəlik məsələ 2022-сi ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Müzakirə zamanı hər iki fəndən 11 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumlarının təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramlarına uyğunluğu bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti