Logo

Məktəb direktoru ölən şagirddən danışdı: "Rəssam olmaq istəyirdi" - EKSKLÜZİV

01.12.2022 13:40 4424 baxış
IMG

Qubanın İkinci Nügədi kənd 1 saylı orta məktəbinin 8-ci sinif şagirdi Gültəkin Orucovanın itin hücumuna məruz qalması nəticəsində qorxudan xəstəliyə düşərək vəfat etməsi barədə xəbər vermişdik.

Baş vermiş hadisə ilə bağlı adıçəkilən məktəbin direktoru Vüqar İmaməliyev "Tehsil.biz"ə açıqlama verib.

Məktəb direktoru yeniyetmənin ölümündən çox təəssüfləndiyini bildirib:

"Məktəb kollektivi olaraq çox üzüntülüyük. Gültəkin çox tərbiyəli, bilikli və bacarıqlı şagirdimiz idi. Ən çox rəsm dərsinə maraq göstərirdi. Ən böyük arzusu da elə rəssam olmaq idi. Çox gözəl əl qabiliyyətinə malik qız idi. Allahın qisməti belə imiş, Allah rəhmət eləsin!"

Xəbər lenti