Logo

Fənn olimpiadalarına qeydiyyat yenidən aktivləşdirilir

01.12.2022 13:26 271 baxış
IMG

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat yenidən aktiv edilir.

Tehsil.biz xəbər verir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Qeydiyyat sistemi 2 dekabr saat 17:00-a kimi aktiv olacaq.

Onlayn qeydiyyatla əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.

Xəbər lenti