Logo

Şagirdlərdən etiraz: "Soyuqdan donuruq"

01.12.2022 13:02 1982 baxış
IMG

Sabirabad rayonunda yerləşən məktəblərin birində istilik problemi var.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, rayonun Kovlar kənd məktəbində istilik sistemində yaranan problem şagirdlərin etirazına səbəb olub. Həmçinin bu etiraz sosial şəbəkədə maraqla qarşılanıb.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirildi ki, problem barədə məlumatlıdırlar.

"Məktəb dizel yanacağı ilə qızdırılır. Sözügedən təhsil müəssisəsində istiliklə bağlı yaşanan problem qazanxanada nasazlıq yaranması ilə əlaqədardır. Hal-hazırda bu istiqamətdə işlər görülür, tez bir zamanda problem həllini tapacaq".

 

Xəbər lenti